Ölkənin ixrac potensialının yüksəlməsi, habelə əlverişli beynəlxalq iqtisadi konyunktur şəraitində xarici sektor göstəricilərinin 2017-ci ildən başlanan yaxşılaşması prosesi 2018-ci ilin ötən dövründə də davam edib.
Mynews.az-a Mərkəzi Bankdan verilən məlumata görə, yanvar-mart aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb.
Qeyri-neft ixracı bu dövrdə 37% artım nümayiş etdirib. Ticarət balansı ilə yanaşı, xidmətlər balansında da yaxşılaşma davam edir.
Mərkəzi Bankdan bildirilir ki, son proqnozlara görə, mövcud şərtlər çərçivəsində 2018-ci ilin qalan dövründə də tədiyyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir.
Xarici sektor göstəricilərinin pozitiv dinamikası şəraitində və qəbul olunan makroiqtisadi siyasət çərçivəsində manatın məzənnəsinin sabitliyi davam edib.
Manatın məzənnəsinin sabit qalması inflyasiya səviyyəsinə və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərən mühüm amillərdən biri olub.
Məzənnənin sabitliyi başlıca olaraq əhalinin əmanətləri üzrə dollarlaşmanın azalması proseslərinin sürətlənməsi ilə baş verib.
2018-ci ilin I rübündə manatla pul bazası 10.9% artıb. Pul təklifinin genişlənməsi ilk növbədə iqtisadiyyatın pula olan tələbatının ödənilməsinə və ödənişlərin fasiləsizliyinə xidmət edib.
Fiskal sektor və bank sisteminin likvidlik ehtiyacı pula tələbin mühüm amilləri olaraq qalır. Maliyyə vasitəçiliyinin zəif olduğu şəraitdə pul təklifinin artımı kredit aktivliyinin yüksəlməsilə müşayiət olunub.
Eyni zamanda, fiziki şəxslərin manatla əmanətlərinin həcmi 2018-ci ilin iki ayında 15.9% artıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub