Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda neftin bir barrelinin qiyməti yaxın zamanda 100 dollara çatacaq.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın “CNBC” telekanalının neft-qaz sektoru analitiki açıqlama verib.
“Yaxın Şərqdə nə isə baş versə, neft qiyməti üçrəqəmli göstəricilərə qalxacaq. Bu ssenarinin tam real olduğunu hesab edirəm”,- deyə “Akap Energy” analitik şirkətinin təsisçisi Aniş Kapadiya bildirib.
O, hələ bundan təxminən il yarım əvvəl neft qiymətinin 60-70 dollara çatacağını proqnozlaşdırdığını xatırladıb. Kapadiyanın sözlərinə görə, həmin vaxt bazar iştirakçıları onun bu proqnozunu məsxərəyə qoysa da, sonra bu reallığa çevrildi.
London ICE birjasında Bakı vaxtı ilə 20:45-ə olan sövdələşmələrin yekunlarına görə, neftin iyun ayına olan tədarük qiyməti (füçers) 72,45 dollar təşkil edib. Aprelin 11-də 2014-cü ildən bəri ilk dəfə olaraq “Brent” markalı neft 73 dollara qədər bahalaşmışdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub