Bakıda günlük kirayə evlərə tələbat artıb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu, son vaxtlar turist axınının çox olması ilə əlaqədardır.
Rieltorlar deyirlər ki, turist axını gündəlik kirayə bazarını canlandırıb. Belə evlərin qiyməti 50 manatdan başlayır. Yerindən və şəraitindən asılı olaraq, qiymətlər bir neçə yüz manata qədər qalxır. Qiymətlərə otaqların sayı da təsir edir.
Ölkəyə gələn turistlər daha çox mərkəzdəki evlərə üstünlük verirlər. Şəhər mərkəzindəki sutkalıq evlərin qiymətləri 100 manatdan başlayır. Amma evin təmirindən asılı olaraq, qiymətlər hətta bir gün üçün 500 manata qədər də arta bilir.
Köhnə tikililərə nisbətən yeni tikililərdə qiymətlər daha bahadir.
Tələbat böyük olduğundan ev-alqı satqısı ilə məşğul olan şəxslər daha çox qazanc əldə etmək üçün evləri aylıq kirayə götürərək turistlərə günlük kirayə verirlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub