2018-ci ilin I rübü üzrə SOCAR-ın neft hasilatı sabit qalaraq, 1,8 mln. ton təşkil edib. SOCAR-ın qaz hasilatı isə I rüb üzrə təqribən 1,6 mlrd. kubmetr olub və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 8% artıb.
Mynews.az Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, yanvar-mart aylarında ölkə üzrə neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq, 9,7 mlm. ton, qaz hasilatı isə ötən ilin analoji dövrünə nisbətən 5,2% artaraq, 7,3 mlrd. kubmetr olub.
Qeyd edək ki, hasilat artan xətt üzrə inkişaf edib, artımın böyük hissəsi mart ayına təsadüf edib.
Belə ki, mart ayında respublikada neft hasilatı üzrə 5,8%, qaz hasilatı üzrə isə 12% artım qeydə alınıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub