2018-ci ilin yanvar-mart ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 193.1 mln. manat məbləğində sığorta haqları toplanıb.
Mynews.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, hesabat dövründə 60.3 mln. manat məbləğində sığorta ödənişi aparılıb.
Könüllü sığorta bazarı üzrə haqlar 157.1 mln. manat, ödənişlər isə 44.4 mln. manat təşkil edib.
İcbari sığorta bazarı üzrə haqlar 36 mln. manat, ödənişlər isə 15.9 mln. manat olub.
2018-ci ilin yanvar-mart ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 81%-i könüllü, 19%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.
2018-ci ilin yanvar-mart ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub