Əmək pensiyaları haqqında qanuna dəyişikliklərin mətni açıqlanıb.
Bu barədə ekspert Rövşən Ağayev məlumat verib. Onun sözlərinə görə, layihədən məlum olur ki, Azərbaycanda artıq pensiyanın yığım sistemi əsasında təşkili planı təxirə salınır.
İşləyənlərin ödədiyi sığorta haqlarının 2.5%-i pensiya orqanının saxlanmasına gedəcək.
Vətəndaşların ödədiyi sosial sığorta haqlarının 85%-i (hazırda bu 50%-dir) fərdi sığorta hesabında qeydə alınacaq.
Yeni dəyişikliklə pensiyanın baza hissəsi də ləğv edilir. İndən sonra "minimum pensiya" göstəricisindən istifadə ediləcək. Hazırda onun məbləği 110 manatdır. İndən sonra həmin məbləğ illik inflyasiyaya uyğun indeksasiya ediləcək.
12 illik staj tələbi də ləğv olunur. Pensiyaya çıxmaq istəyən şəxs pensiya yaşına çatan anda sığorta hesabındakı vəsait hər ay qüvvədə olan minimum pensiyaya uyğun pensiya almağa təminat verərsə, hüququ qazanacaq. Amma bu tələb ödənmədikdə, pensiya yaşına çatmış şəxsin əmək stajı 25 ildən aşağı olmamalıdır.
Azərbaycanda əmək pensiyası üçün staj ilə əlaqədar və digər dəyişikliklər bir necə gün öncə Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.
İstipress-in məlumatına görə, Komitənin sədr müavini, deputat Musa Quliyev bildirib ki, "Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi qəbul olunacağı təqdirdə, sənəd iyulun 1-dən qüvvəyə minəcək.
Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək. Layihə 2017-ci il yaz sessiyasında - 7 martda Milli Məclisdə müzakirəyə çıxarılmalı idi.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub