Biz qarşıdakı illərdə ixracın artırılması istiqamətində böyük həcmdə işlər aparırıq. Qarşıdakı beş il ərzində Rusiyaya məhsul ixracını beş dəfə artırmaq niyyətindəyik.
Mynews.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
O həmçinin deyib ki, keçən ilin nəticələrinə görə, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 22% artıb.
Nazirin sözlərinə görə, hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı 42% artıb:
“Bu ilin birinci rübündə Azərbaycanla Rusiya arasında ümumi ticarət dövriyyəsi 32% artıb. Bu dövrdə Azərbaycanın Rusiyaya ixracı 50% artıb”.
O, gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində aparılan işlərə də toxunub.
Qeyd edib ki, qısa müddətdə Rusiya aksiz mallarının rəsmiləşdirilməsi üçün aksiz postunun yaradılması üçün razılıq verib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub