Yeni təyin olunan kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivinə təqdim olunarkən öz çıxışında üç əsas fəaliyyət prinsipini açıqlayıb.
Mynews.az xəbər verir ki, nazir fəaliyyət prinsiplərində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, (şəffaflıq, səmərəlilik, hesabatlılıq) innovasiyaların tətbiqinin əsas götürüləcəyini qeyd edib.
O, fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması və həlli yollarının tapılması, diqqət və qayğını artırmaqla onlara daha yaxın olmaq, innovasiyaların xüsusilə “Elektron Kənd Təsərrüfatı” layihəsinin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə təyin edilib.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub