Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR Bu tarixdən etibarən...

1024
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR Bu tarixdən etibarən...

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emaı Zavodunun modernləşdirilməsinin başa çatmasından sonra “Avro-5” standartlı benizinin ixracına başlayacaq.

Bu barədə SOCAR-ın nümayəndəsi deyib.

O qeyd edib ki, benzin istehsalının həcmi 2,2 milyon ton təşkil edəcək:

“Ümumilikdə, modernləşdirmə başa çatdıqdan sonra dizel yanacağının istehsalı 2,9 milyon ton və ya ümumi istehsal gücünün 39 faizi, benzin istehsalı 2,2 milyon ton və ya 29 faiz, o cümlədən Aİ-92 – 16 faiz və Aİ-95 – 13 faiz təşkil edəcək. “Azərikimya” İB üçün xammal istehsalı 6 faiz, bitum və koks istehsalı 5 faiz, mayeləşdirilmiş karbohidrogen qazının istehsalı 1 faiz təşkil edəcək”.

Dövlət şirkətinin nümayəndəsi qeyd edib ki, daxili bazardan başqa, istehsal olunan məhsulların bir hissəsi ixraca gedəcək:

“İstehsal olunan benzinin 25, dizel yanacağının 40 və təyyarə yanacağının 40 faizinin ixrac edilməsi planlaşdırılır”.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi 2021-ci ilin əvvəlində yekunlaşacaq. Modernləşmədən sonra zavodun gücünün ildə 6 milyondan 7.5 milyon tona çatacağı bildirirlir.

Xəbər lenti