Azərbaycan neftinin bir barrelinin qiyməti 76 dolları ötüb.
Mynews.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1 dollar bahalaşaraq 76,25 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 73,82 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,05 dollar azalaraq 67,65 dollar təşkil edib.