Bu gündən etibarən Azərbaycanın milli aviadaşıyıcısınınwww.azal.az saytında Monteneqronun məşhur kurortu Tivata həyata keçirilən reyslərə aviabilet əldə etmək olar.
Bu barədə Mynews.az-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
"Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən “Pasha Travel” şirkəti ilə çarter proqramı çərçivəsində həyata keçirilən birbaşa aviareyslər yay uçuş qrafiki üzrə iyulun 5-dən sentyabrın 15-dək həyata keçiriləcək.
Reyslər komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.
Tivat - Monteneqronun Vrmas yarımadasında Kotor körfəzinin sahilində yerləşən müasir kurort şəhəridir. Mülayim iqlimi, gözəl çimərlikləri və rahat yerləşməsi hər il bura çoxlu turist cəlb edir. Tivatda infrastruktur yaxşı inkişaf etmişdir, yerli limanının saysız-hesabsız balıq restoranları və kafeləri bütün dünyadan qurmanların zövqüncə olacaq. Şəhər parkı nadir bitkilərlə zəngindir.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri vasitəsilə AZAL-ın çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)
E-mail: [email protected]
Həmçinin “Pasha Travel” turizm agentliyinə müraciət edə bilərsiniz:
(+99412) 404 10 90
E-mail: [email protected]
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub