Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) strukturlarının gücləndirilmiş iş rejiminə keçirilməsi haqqında əmr imzalanıb.
Mynews.az xəbər verir ki, DBNX-nın rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanovun imzaladığı əmrlə Novruz bayramı ərəfəsi və bayram günlərində təşkil ediləcək kənd təsərrüfatı məhsullarının satışı ilə əlaqədar 14 martdan 25 martadək rayon və şəhər baytarlıq idarələrin fəaliyyəti gücləndirilmiş iş rejiminə keçiriləcək.
Əmrə əsasən, heyvan və heyvan mənşəli məhsullar satış yerlərində baytarlıq-sanitariya ekspertizasından keçirilməklə heyvan və heyvan mənşəli məhsulların satışına, habelə əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təminatı üçün heyvan mənşəli məhsulların satışı obyektlərində baytarlıq-sanitariya tələblərinə əməl edilməsinə nəzarət gücləndiriləcək.
Ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq nəzarətindən keçməyən heyvan, heyvan mənşəli məhsulların və xammalın satışının qarşısı alınacaq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub