Federal Ehtiyat Sisteminin (FES) açıq bazarda əməliyyatlar üzrə federal komitəsinin (FOMC) iki gün davam edən toplantısında, gözlənildiyi kimi, faiz nisbəti artırılmadı.
Mynews.az xəbər verir ki, FES-in bu qərarı bazarlarda bir neçə gedişatla yadda qaldı.
Əvvəla, FOMC-ın toplantısından sonra mətbuat konfransı keçirilmədi. İkincisi, FES-in bu qərarı iyun ayında keçiriləcək toplantısında uçot dərəcəsinin artırılacağı ilə bağlı proqnozları qüvvədə saxladı.
Hökumətin iqtisadi görünüşün qısa vədədə sabit qalacağı yönündəki fikirləri dəyişməz qaldı.
Qeyd edək ki, ötən il FES uçot dərəcəsini üç dəfə artırmışdı. O zaman analitiklər 2018-ci ilin mart ayında 3-4 faiz artım proqnozlaşdırırdılar.
Doğrusu, ABŞ-da qiymət artımının illik həddi ölkənin Federal Ehtiyat Sisteminin açıq bazarda əməliyyatlar üzrə federal komitəsinin ortamüddətli perspektivdə müəyyən etdiyi 2%-lik hədəfə yaxın idi.
Belə ki, mart ayında inflyasiya fevraldakı 1,7 faizdən 2 faizə yüksəlmişdi. Lakin FES mart ayında baş tutan toplantısında faiz nisbətini cəmi 25 bənd artıraraq 1,50-1,75 faizə qaldırdı.
FOMC-ın növbəti toplantısı 12-13 iyunda keçiriləcək. Həmin iclasdan sonra mətbuat konfransı baş tutacaq. O cümlədən, birjalara təsir edəcək vacib protokollar açıqlanacaq.
Yeri gəlmişkən, iyun toplantısında FES-in faizləri artırması qaçılmazdır. Çünki ABŞ iqtisadiyyatında artım rəqəmləri inflyasiyaya təzyiqi artırıb. Bu da cari ildə FES-in dörd faiz artımına gedəcəyinə dair gözləntiləri çoxaldıb.
İyun ayı toplantısında isə faizlərin 25 bənd artırılması ehtimalı 80 faiz səviyyəsindədir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub