Bu ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,7%, qeyri-ərzaq mallarının qiymətləri 4,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,8% artıb.
Mynews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 % azalıb.
Qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Ay ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, mal və qoyun ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə yağının, limonun, bananın, pomidorun, xiyarın, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində azalma, zeytun və qarğıdalı yağlarının, portağalın, almanın, armudun, göyərtinin, soğanın, qəhvə və çayın qiymətlərində isə artım müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub