2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,8 faiz artıb.
Dövət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Ay ərzində düyü, un, manna və qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, yumurta, kərə yağı, limon, banan, pomidor, xiyar, badımcan, süfrə çuğunduru, yerkökü, sarımsaq, kartof, şəkər və şəkər tozunun qiymətlərində azalma, zeytun və qarğıdalı yağları, portağal, alma, armud, göyərti, soğan, qəhvə və çayın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
405 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
399 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
390 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
387 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
360 dəfə oxunub