"Azərbaycan Dünya Bankının istixana qazları tullantılarının azaldılması üzrə stategiyası çərçivəsində səmt qazının yandırılmasını tam şəkildə dayandıran ilk ölkə olacaq".
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Bakıda Dünya Bankının səmt qazının yandırılmasının azaldılması üzrə Qlobal tərəfdaşlıq təşkilatının (GGFR) rəhbər komitəsinin iclası zamanı deyib.
SOCAR prezidenti Rövnəq Abdullayev isə bildirib ki, SOCAR son illər ərzində dəniz platformalarından 4,5 milyard kubmetr səmt qazının toplanmasını təmin edib.
Qeyd edək ki, bu gün Bakıda Dünya Bankının səmt qazının yandırılmasının azaldılması üzrə Qlobal tərəfdaşlıq təşkilatının (GGFR) rəhbər komitəsinin iclası öz işinə başlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub