Sumqayıtda fəaliyyət göstərən 3 nömrəli marşrut xəttində süni qiymət artımı olub.
Mynew.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, qiymət 25 qəpikdən 30 qəpiyə qaldırılıb. Qiymət artımı ilə bağlı artıq marşrut avtobuslarına elan da vurulub.
Sözügedən avtobuslar Sumqayıt şəhərinin Sülh küçəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində və əks istiqamətdə sərnişindaşıma ilə məşğuldur. Avtobuslarda qiymət marşrut xəttinin bağlı olduğu ''Nəqliyyat'' MMC tərəfindən artırılıb. Qiymət artımı bu marşrutdan istifadə edən sərnişinlərin haqlı narazılığına səbəb olub. Marşrut sürücülərinın sözlərinə görə, artım ilə bağlı göstəriş şirkətdən verilib. Xətt dispetçerləri də qiymət artımının müdiriyyət tərəfindən edildiyini dedilər.
Fakt ilə bağlı sözügedən şirkətlə əlaqə saxlasaq da, qurumun rəisi Xannı Rüstəmov məsələyə münasibət bildirməkdən boyun qaçırdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub