Bu ərzaqların qiyməti bahalaşdı Marketlərdən FOTOREPORTAJ

936
Bu ərzaqların qiyməti bahalaşdı Marketlərdən FOTOREPORTAJ
Dövlət Statistika Komitəsinin məlumatına görə ötən ay Azərbaycanda ərzaq məhsullarının qiymətləri 3,7% bahalaşıb.

Belə ki, aparılan statistikaya görə, ay ərzində, kərə yağı, yuyucu tozlar və xüsusən də çayın qiyməti əvvəlki aylarla müqayisədə yüksəlib.

Vəziyyətlə daha yaxından tanış olmaq üçün paytaxtda fəaliyyət göstərən marketlərə baş çəkdik.

Yeniçag.az-a danışan alıcı Lalə Əliyeva qiymətlərin süni şəkildə qaldırıldığını deyib:

Bu ərzaqların qiyməti bahalaşdı - Marketlərdən FOTOREPORTAJ
“Mən anlaya bilmirəm, bu ərzağı günü-gündən niyə qaldırırlar. Əvvəl qəpik-qəpik qaldırırdılar, hiss olunmurdu. İndi aldığım ərzaqda iki-üç manat fərq var. Bir ay əvvəl bir kiloqramlıq çayı növünə uyğun 14 manata alırdımsa, indi 16 manat 10 qəpiyə alıram. Bütün növ çayların qiyməti kəskin şəkildə artıb. Satıcıdan səbəbini soruşursan, ağız-burun əyir, deyir ki, “olan budur alırsan al, almırsan get başqa mağazaya”.
Bu ərzaqların qiyməti bahalaşdı - Marketlərdən FOTOREPORTAJ
Yuyucu tozların da qiyməti artıb. Bir ay əvvəl 5 manat 40 qəpiyə aldığım 1,5 kiloluq yuyucu tozunu dünən 6 manat 50 qəpiyə aldım. Yağ da həmçinin. Bütün marketlərdə eyni qiymətdir. Bu süni qiymət artımından başqa bir şey deyil”.

Bu ərzaqların qiyməti bahalaşdı - Marketlərdən FOTOREPORTAJ
Satıcı Azər Abdullayev bizimlə söhbətində bəzi ərzaq məsullarını qiymətlərində artım olduğunu təsdiqlədi:

Bu ərzaqların qiyməti bahalaşdı - Marketlərdən FOTOREPORTAJ
“Son ayda çay və bəzi növ yuyucu tozlarının qiymətində artım müşahidə olunur. Vallah, bunun səbəbini heç özümüz də bilmirik. Alıcılar da bundan şikayətlənirlər. Acıqlarını bizim üstümüzə tökürlər. Son vaxtlar dolların nisbətən bahalaşmasından sonra, bu qiymət artımı başladı. Amma ərzaqların çoxu yerli məhsullardır. Xaricdən istehlak olunan yağların, yuyucu tozlarının qiymətinin bahalaşmasını hardasa başa düşmək olar. Amma yerli məhsulların qiymət artımı bizə də qaranlıqdır”.

Artım müşahidə olunan ərzaqlardan bəzilərinin (növünə görə qiymətlər dəyişir) qiymətlərini təqdim edirik:

Çay- (bir kiloluq) 19 manat 40 qəpik

Kərə yağı- 17 manat 90 qəpik

Yuyucu tozu- 6 manat 40 qəpik.  

Xəbər lenti