Dövləti zəmanəti ilə götürlmüş maliyyə vəsaitlərinin, kreditlərin təyinatı üzrə istifadə edilməsinə, xərclənməsinə ciddi nəzarət yetirilməlidir.
Mynews.az-ın xəbərinə görə, bunu millət vəkili Aydın Hüseynov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 11-də keçirilən iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsində deyib.
Qeyd edək ki, qanun layihəsinin müzakirəsi zamanı ilk çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmədov bildirib ki, adıçəkilən sənəd 30 maddə üzərində yenidən işlənilib və təkmilləşdirmələr aparılıb:
“Demək olar ki, qanun layihəsi birinci oxunuşdan sonra tam təkmil vəziyyətə gətirilib”.
Adıçəkilən komitənin üzvü Əli Məsimli Palatanın səlahiyyətlərinin artırılmasını məqsədəuyğun sayıb.
O, Palataya işçilərin götürülməsi məsələsinin önəmli məqamlardan olduğunu və bu məsələyə ciddi diqqət yetirilməsinin vacib əhəmiyyət kəsb etdiyini söyləyib:
“Bu məsələdə ciddi nəzarət olmalıdır”.
Millət vəkili A. Hüseynov adıçəkilən sənədi ölkədə aparılan islahatlar və qanunvericilik aktlarının təkmilləşdirilməsi prosesinin tərkib hissəsi olduğunu bildirərək deyib ki, onun qəbulu olduqca vacibdir:
“Bununla yanaşı, hesab edirəm ki, dövləti zəmanəti ilə götürülmüş maliyyə vəsaitlərinin, kreditlərin təyinatı üzrə istifadə edilməsinə, xərclənməsinə ciddi nəzatət yetirilməlidir.
Hesab edirəm ki, bu məsələyə nəzarət funksiyası da qanunla Hesablama Palatasının səlahiyyətinə daxil edilməlidir.
Çünki bu məsələyə ciddi diqqət və nəzarət lazımdır ki, bunu Hesablama Palatası edə bilər. O zaman bu məsələdə artıq söz-söhbətlərə ehtiyac qalmaz”.
Millət vəkili Vahid Əhmədov bildirib ki, Hesablama Palatası MM-in qurumu olduğu üçün bütün məsələlərlə bağlı məqamlar, məlumatlar deputatlara çatdırılmalıdır:
“Bəzən elə olur ki, parlamentin rəhbərliyinin xəbəri olur, amma biz millət vəkillərinin yox. Hesab edirəm ki, bu məsələdə millət vəkilləri də nəzərə alınmalıdır, onlar vaxtında məlumatlandırılmalıdır”.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub