Yay mövsümünün gəlişi ilə avtomobil bazarlarında canlanma müşahidə edilir. Bazara satışa çıxarılan avtomobillər çox olsa da ,alıcı qıtlığı yaşanır. Bakıda maşın bazarında qiymətlərdə elə də dəyişiklik müşahidə edilməsə də, rayonlarda ucuzlaşma var. Əməkdaşlarımız bu gün paytaxt və bölgələrdə maşın bazarında qiymətləri araşdırıblar.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, hər markada, hər qiymətə maşın var.Amma alıcı azdır.Görüntülər paytaxtdakı maşın bazarındandı.Satıcılar ötən illə müqayisədə alıcılıq qabiliyyətinin aşağı olduğunu deyirlər.
Bu satıcı avtomobilini satmaq üçün bir neçə dəfədir bazara gəldiyini bildirir.Alıcı tapa bilmədiyindən hər gəlişində qiymətdə endirim edir.
Bəzi alıcılar isə qiymətlərin şişirdildiyi qənaətindədir.
Bölgələrdəki maşın bazarında isə vəziyyət fərqlidi.Sumqayıtdakı satıcılar son iki həftədir ki,bazarda durğunluq olduğunu və qiymətlərin endiyini deyirlər..Bəzi alıcılar qiymətlərin daha da ucuzlaşmasını gözləyir...
Bərdə bazarında isə daha çox Rusiya istehsalı avtomobillərdə qiymətlərin enməsi müşahidə edilir.
Bazarlarda alıcılıq qabiliyyətinin yaxın aylarda artacağı gözlənilir.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub