2017-ci ildə neft qiymətlərinin kəskin yüksəlməsi nəticəsində Qafqaz və Mərkəzi Asiyanın neft ixracatçısı ölkələrindən Azərbaycan və Qazaxıstanda iqtisadi artım 4% təşkil edib.
Mynews.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) yenilənmiş “Regional Economic Outlook: Caucasus and Central Asia” adlı hesabatında bildirilir.
Qeyd edilir ki, 2016-cı ildə bu göstərici 2,4% təşkil edib və 2017-ci ilin II yarısından neft qiymətlərinin kəskin artması bu ölkələrin iqtisadiyyatının böyüməsinə təkan verib:
“Azərbaycanda yüksək dövlət sərmayələri digər sahələrdəki zəiflikləri balanslaşdıraraq böyüməyə şərait yaradıb. Ölkədə kapital qoyuluşunun genişləndirilməsi planlaşdırılır. Bu isə iqtisadiyyatın absorbsiya həcminin artmasına şərait yarada bilər.
Hazırda Azərbaycanda fiskal idarəetmə prosesi gedir. Ölkənin orta müddətə fiskal çərçivəsi müəyyən edilməyib”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub