2017-ci ildə Azərbaycanda korrupsiya ilə mübarizə çərçivəsində 10 gömrük orqanı əməkdaşı barədə sənədlər prokurorluq orqanlarına göndərilib.
Mynews.az report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və heaabatlılıq" adlı tədbirdə çıxış edəb Dövlət Gömrük Komitəsinin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov deyib.
Bundan başqa, onun sözlərinə görə, ötən il adı korrupsiyada hallandırılan 7 nəfər haqqında sənədlər isə DGK-nın istintaq idarəsinə verilib.
"Vəzifə səlahiyyətlərini yerinə yetirərkən pozuntuya yol vermiş 209 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 10-u gömrük orqanlarından, 2-si isə tutduğu vəzifədən azad edilib. Həmçinin 1 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin xüsusi rütbəsi aşağı endirilib, 47 nəfərə sonuncu xəbərdarlıq edilib və şiddətli töhmət verilib, 30 nəfərə adi xəbərdarlıq edilib, 114 nəfərə isə adi töhmət verilib", - deyə gömrük rəsmisi əlavə edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub