Bu gündən “ASAN Viza” özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev Beynəlxalq Hava Limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.
Mynews.az-ın xəbərinə görə, “ASAN Viza” vasitəsilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək.
Quraşdırılmış “ASAN Viza” özünəxidmət terminalları xüsusi təyinatlı ümumvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün POS-terminallar və nəğd ödəmələr üçün əskinas qəbuledicilərlə təmin olunub.
“ASAN Viza” portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla - yeddi dildə fəaliyyət göstərir.
Özünəxidmət terminalları ilə yanaşı, dörd pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçiriləcək ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə kömək göstərəcək.
Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi iki dəqiqə ərzində təmin olunacaq.
Hazırda “ASAN Viza” portalı vasitəsilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsilə ölkəyə gəlməzdən əvvəl üç gün (standart) və üç saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub