Vəfat edən şəxsin pensiyasını kim almalıdır? - VİDEO - FOTOLAR

920
Vəfat edən şəxsin pensiyasını kim almalıdır? - VİDEO - FOTOLAR

ARB TV-nin "Günə Doğru" proqramı bu dəfə "Dünyasını dəyişənlərin pensiyasını ailə üzvləri necə ala bilər?" sualına cavab axtarıb.

Nazir Quliyev - vəkil: "Ölənin ən azı 5 il sığorta stajı olmalıdır. Müxtəlif illər olsa, hər il ən azı 4 ay sığorta stajı olmalıdır. Burada istisna hərbi qulluqçulardır. Əgər hərbi qulluqçu vəzifəsini yerinə yetirərkən həlak olarsa, onun sığorta stajının olub-olmaması nəzərə alınmır və ailəsinə pensiyası verilir". 

Bunlar 18 yaşına çatmış şəxslər, 23 yaşına çatmış şəxslər o halda ki əyani təhsil alır, əlilliyi olan ailə üzvü, ailə başçısı itkin düşünlərdir. Bu, qanunun verdiyi imkandır. Amma imkan düşən kimi ölən adamın pensiyasını bu kateqoriyadan olmayan adamlar da alır.

Rəşad Həsənov - iqtisadçı: "Bəzi hallarda biz müşahidə edirik ki, təşəbbüs vətəndaşdan gəlir, hansısa formada ölüm haqqında qeydlər aparılmır və pensiya ödənişləri həyata keçirilir. Bu zaman, təbii ki, aidiyyəti pensiya qurumunun əməkdaşına da qeyri-rəsmi ödənişlər edilir".

Bu, artıq qanunsuzluqdu və bu qanun pozuntusunun məsuliyyəti var.

Nazir Quliyev - vəkil: "Əgər ailəyə ölən adamın pensiyası gəlirsə, bu barədə aidiyyəti qurumlara məlumat vermək həmin ailənin öhdəliyidir. Məlumat verilmədən pensiya alınırsa, bu, artıq cinayət məsuliyyəti yaradır. Özgə əmlakını dələduzluqla mənimsəməkdir". 

Amma bunu bilə-bilə edən digərləri var - Sosial Mudafiə Fondunun bəzi işçiləri...

Rəşad Həsənov - iqtisadçı: "Vətəndaşlar uyğun formada bütün prosedurları həyata keçirirlər. Sənədləşməni həyata keçirirlər vəfat edənlə bağlı. Buna baxmayaraq aidiyyəti qurum əməkdaşları bu sənədləşmələrdə saxtakarlığa yol verirlər. Pensiya ödənişini dayandırmırlar". 

Sosial siyasət, sosial təminat məsələsi bax, bu məsələlərə görə qəlizdir. Ölən adamın pensiyasını həyatda qalanlar almaq istəyir.

Məlahət İbrahimli - millət vəkili: "Mənim atam da babam da işləyib. Onda mən onların pensiyasını götürüm? Hamı belə eləsə, dövlət müflisləşər. Bildiyim qədərilə dünyada belə bir praktika yoxdur. Ən yaxşı halda himayəsində azyaşlı varsa, o pul ona çatır". 

Təbii ki, pensiya ancaq pensiyaçıya verilən puldur. Ondan kiminsə yararlanması əvvəldə göstərdiyimiz hallardan başqa yolverilməzdir. Dediklərimizin əsas yolu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin mövqeyindən də keçir. Amma orada hələ də struktur dəyişikliyi getdiyindən münasibət öyrənmək alınmadı.

Xəbər lenti