Paytaxtın Həsən Əliyev küçəsinin Mərdanov qardaşları küçəsi ilə kəsişməsində yolun çökən hissəsi bərpa olunub.
Mynews.az-ın məlumatına görə, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, adıçəkilən ərazidə yolun təqribən 1 metr diametrində çökməsi ilə bağlı günorta saatlarında məlumat daxil olub: "Əməkdaşlarımız əraziyə cəlb olunub. İlkin baxış zamanı çökmənin su sızması nəticəsində baş verməsi aydınlaşıb. Aidiyyəti qurum tərəfindən su sızmasının qarşısı alınıb və yolun həmin hissəsi artıq bərpa olunub".
Xatırladaq ki, bu gün səhər saatlarında Həsən Əliyev küçəsinin Mərdanov qardaşları küçəsi ilə kəsişməsində yol qəfil çöküb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub