“AzeriLight” nefti 80 dollardan aşağı düşdü

788
“AzeriLight” nefti 80 dollardan aşağı düşdü

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,37 dollar və yaxud 1,69% azalıb.

Mynews.az xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 79,66 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər lenti