Biz rəqəmlərə adi baxırıq, amma onların arxasında Azərbaycanın inkişafı, regional, transmilli layihələrin gerçəkləşdirilməsi, texnoparkların yaradılması, insanların maddi rifah halının yaxşılaşdırılması və sair məqamlar dayanır.
Mynews.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçirilən iclasında “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə bildirib.
O deyib ki, dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsində əksini tapan rəqəmlər Azərbaycanın iqtisadi inkişafının növbəti və əyani təsdiqi, göstəricisidir:
“Ona görə də biz bu rəqəmlərə elə-belə baxmamalıyıq”.
Hesablama Palatasının sədri Vüqar Gülmməmmədov isə Palatanın büdcənin icrası ilə bağlı müsbət rəy verdiyini bildirib.
O qeyd edib ki, dövlət büdcəsində ən yüksək gəlir göstərici yol vergisi ilə bağlı olub - 151 faiz.
Onun sözlərinə görə, eyni zamanda, son iki illə müqayisədə hesabat ilində mərkəzləşdirilmiş və yerli gəlirlərdə azalma özünü göstərib.
“Bununla yanaşı, hesabat ilinin ikinci yarısında mərkəzləşdirilmiş gəlirlər kəsirlə, yerli gəlirlər artıqlaması ilə icra olunub”.
V. Gülməmmədov sonra qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı pensiyaların ödənilməsində əlavə vəsaitə ehtiyac yaranıb və bunun üçün 33 milyon manatlıq transfert edilib.
Palata sədri 127 qurumla bağlı təhlillər aparıldığını xatırladaraq, bildirib ki, dövlət büdcəsinin xərclər hissəsinə təsir edən amillər arasında həmin qurumların debitor və kreditor borclarının olması üstünlük təşkil edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub