"2018-ci il Azərbaycan dövlət büdcəsində müəyyən olunmuş neft qiyməti 55 dollaradək artırıla bilər".
Mynews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.
Deputat bildirib ki, hazırda neftin qiyməti büdcədə müəyyən olunmuş 45 dollar məbləğini çox üstələyir:
"Dövlət büdcəsi ilin ortasında müzakirəyə çıxarıla bilər. Əgər bizə hökumət tərəfindən təklif daxil olarsa, fikrimcə, optimal qiymət bir barel üçün 55 dollar ola bilər".
O, həmçinin əlavə edib ki, gündəlikdə ölkədə əməkhaqlarının artırılması məsələsi də var:
"Əməkhaqlarının artırılması mart, bəzi təşkilatlarda isə may ayında başlayıb. İlkin qiymətləndirmələrə görə, bunun üçün 600 milyon əlavə vəsait tələb olunacaq. Məsələ struktur dəyişiklikləri, əlavə vəsaitlərin cəlb olunması yolu ilə və ya neft qiymətlərinin artması nəticəsində müsbət fərq hesabına həll oluna bilər".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub