Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə hava əlaqələri haqqında sazişin imzalanması tərəflərin təyin olunmuş aviaşirkətlərinə ölkələr arasında müntəzəm reysləri açmaq imkanı verəcək.
Mynews.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən verilən məlumata görə, saziş həmçinin Azərbaycan ilə Serbiya arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin inkişafına da yardım edəcək.
Xatırladaq ki, 2018-ci il mayın 21-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında Saziş” imzalanıb.
Saziş layihəsi üzrə danışıqlar prosesi 2011-ci ildə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ilə Serbiya Mülki Aviasiya Direktorluğu arasında qarşılıqlı anlaşma haqqında memorandumun imzalanması ilə başlayıb. Daha sonra iki ölkənin aviasiya hakimiyyətləri ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclas protokoluna uyğun olaraq sözügedən sazişin imzalanmaq üçün hazırlanması məqsədi ilə danışıqlar aparıblar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub