Ölkədə dollarla kredit götürüb, lakin qaytara bilməyən şəxslərə qarşı hansı tədbirlər görülməlidir? Ümumiyyətlə, kreditini vaxtında ödəyə bilməyən şəxslər məhkəməyə verilməlidir, yoxsa pulun üstünə faiz gəlməlidir?
Mynews.az xəbər verir ki, bu sualların cavabını İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Qalib Toğrul Metbuat.az-a sərh edib:
“Bu məsələ bir neçə dəfə gündəmə gətirilib. Lakin konkret bir nəticə əldə edilməyib. Hətta bir neçə qeyri-hökümət təşkilatı yığışıb cənab prezidentə müraciət etmişdik ki, 10 minə qədər olan istehlak kreditlərinə güzəşt edilməsiylə bağlı mexanizm olsun. Əfsus ki, təklif reallaşmadı. Maliyyə Nazirliyi səviyyəsində də açıqlama veildi ki, bu mövzuyla bağlı heç bir güzəşt yoxdur. Ona görə də, bu məsələ bankların öhdəçiliyinə buraxılıb. Ayrı-ayrı banklar müxtəlif yollarla bunu həll edirlər. Bəziləri müəyyən kreditlərdə güzəşt edirlər, bəziləri isə inzibati yollarla həll edirlər. Nəticədə hər bankın özünəməxsus siyasəti var. Bu məsələylə bağlı ölkə üzrə vahid siyasət yoxdur. Maliyyə Bazarlarına Nəzarət Palatası tövsiyyə edir ki, kredit götürənlərə güzəşt edilsin”.

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub