Gediş haqqı 25 qəpik olduğu halda sürücülər, sərnişinlərdən 30 qəpik alır.
Söhbət ''Koroğlu'' metrostansiyası yaxınlığından Məhəmmədi kəndinə gedən 217 saylı marşrut avtobusundan gedir.
Sözügedən marşrutdan istifadə edən sərnişinlərin sözlərinə görə, 30 qəpik verdikdə sürücülər 5 qəpiyi qaytarmır. Səbəb kimi isə onlar xırda pullarının olmadığını deyirlər.
Halbu ki, həmin marşurut xəttində qiymət bir neçə il əvvəl tarif şurasının qərarı ilə 25 qəpik olub. Sürücülər isə deyilənlərin əksini deyir. Onlar bir çox sərnişinin 5 qəpiyi almadan düşüb getdiklərini bildirirlər.
Çəkliş apardığımız zaman şahidi olduq ki, sürücülərdə 5 qəpik demək olar ki, yox səviyyəsindədir. Bu da o anlama gəlir ki, sürücülər gediş haqqını qeyri-qanuni olaraq 30 qəpiyə qaldırblar. Həmin marşrutun sahibi bu cür halla qarşılaşan sərnişinlərin ona müraciət etməsini bildirdi. O, belə fakt görə sürücüləri işdən qovduğunu da deyir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdri Mais Ağayev bildirdi ki, əgər hansısa sürücü müəyyən olunmuş gedişhaqqından artıq alırsa bu sərnişindaşıma qaydalarının pozulması deməkdir. Həmin xəttdə baş verənlər agentlik tərəfindən araşdırılacaq. Həqiqətən də təsdiq edilərsə daşıyıcı şirkət cərimə ediləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub