Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə “Bank Respublika” “MasterCard Gold” və “MasterCard Platinum” yubiley kartlarını təqdim etdi.
Yubiley kartları eksklüziv dizaynda və 2.000 ədəd olmaqla məhdud sayda buraxılıb.
Kartın məxsusi dizaynında əks olunan Azərbaycanın tarixi xəritəsi və bank tərəfindən Cümhuriyyətin 100 illiyi münasibətilə tərtib edilmiş loqotip - şərəfli tariximizə böyük önəm verilməsi haqqında xəbər verir. Yeni bank kartları qızılı və gümüşü rəng tonlarında “Gold” və “Platinum” kartlarına uyğun hazırlanıb.
“Biz böyük qürur hissi ilə bayram sevincini soydaşlarımızla birlikdə paylaşırıq və ölkənin aparıcı banklarından biri kimi, “Bank Respublika” müştərilərin bu əlamətdar tarixi yubiley kartını əldə etməklə qeyd etmək imkanını verməyə özümüzə borc bilirik”, – deyə bankın İdarə Heyətinin sədr müavini Elnur Həsənov qeyd edib.
Azərbaycan Respublikasının hər bir vətəndaşı bayram kartlarını bankın istənilən filialında sifariş edə bilər. Yubiley kartları “MasterCard Gold” və “MasterCard Platinum” kartlarının standart rəsmiləşdirmə şərtləri ilə verilir.
Təqdim edilən kartlar kolleksiya tirajında istifadəyə verilir, bu isə o deməkdir ki, əlavə istehsalı nəzərdə tutulmayıb. Beləliklə, Cümhuriyyətin 100 illiyi şərəfinə hazırlanmış unikal kartları bu gündən etibarən əldə etmək mümkün olacaq.
“Bank Respublika” xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edir, vətənimizin uzun illər boyu yaşayıb çiçəklənməsini arzulayır.
Daha ətraflı məlumatı bankın rəsmi saytından, “Facebook” səhifəsindən və ya 144 nömrəsinə zəng etməklə əladə etmək olar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub