USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Nazir: Azərbaycanda banklardan 100 milyon manatdan çox qanunsuz vəsait çıxarılıb

23:30 10.03.2017
Nazir: Azərbaycanda banklardan 100 milyon manatdan çox qanunsuz vəsait çıxarılıb
23:30 10.03.2017
Ötən dövr ərzində qanunsuz yolla banklardan 100 milyon manatdan çox vəsait çıxarılıb. Bu da şirkətlərin nə qədər vəsait nağdlaşdırması barədə bankların hesabat verməli olduğunun vacibliyini göstərir.
 
Mynews.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə vergilər naziri Fazil Məmmədov deyib. Nazir  deyib ki, məhz 1%-lik nağdlaşdırma vergisi banklara nəzarət funksiyasını daşıyır. Nazir, bu 1 faizin nə vergi daxilolmalarına, nə də biznes mühitinə əhəmiyyətli təsir göstərmədiyini qeyd edib.
 
Fazil Məmmədov həmçinin vergi sistemində aparılmış islahatlara da toxunub və deyib ki, vergi ödəyiciləri ilə yeni sistem və prinsiplərlə işlənilməsi nəzərdə tutulur.
Nazir, vergi ödəyicilərinin də şəffaf fəaliyyət göstərməli olduğunu vurğulayıb.

Xəbər lenti