Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinə ilk qazın vurulmasını bildirən açarı işə salıb.
Mynews.az-ın məlumatına görə, bununla da, Cənub Qaz Dəhlizində Trans-Anadolu Boru Kəmərinə (TANAP) qaz vurulmasına başlanıb.
İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə rəsmi tədbir keçiriləcək.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz Qaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir.
Dəyəri 40 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub