“Şahdəniz 2” layihəsi ən iri enerji layihələrindən biridir. Bu, həm ölkənin neft- qaz sektoruna, həm də dünyaya töhfə verəcək. Cənub Qaz Dəhlizi enerji xəritəsini dəyişəcək.
Mynews.az xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz konfransında OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.
M. Barkindo ”Şahdəniz” layihəsinin ikinci fazasından söz açaraq onu multimilyardlıq meqalayihə adlandırıb. Qeyd edib ki, bu layihə dünyaya və bütün regiona müsbət töhfə verəcək.
OPEC+ formatında əməkdaşlığın əhəmiyyətini qeyd edən OPEC-in baş katibi bütün hasilatçı ölkələri bu formata qoşulmağa dəvət edib:
“OPEC-ə üzv və qeyri-üzv ölkələrin əməkdaşlığının qlobal iqtisadiyyata töhfəsi danılmazdır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub