Dünyanın neft sənayesində baş verən meyillər Azərbaycanın neft siyasətinə də təsirsiz ötüşməyəcək.
Mynews.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Azərbaycan ilk dəfə sənaye üsulu ilə neft hasil etmiş ölkə olaraq özünü, təbii ki, yeni proseslərin fövqündə tarixi mövqeyini yenidən gücləndirməkdədir:
“Neft və qaz ehtiyatları ilə Azərbaycan regionda və regiondan kənar enerji təhlükəsizliyinə töhfə verməklə beynəlxalq layihələrdə özünü etibarlı tərəfdaş kimi sübut edir. Həmçinin neftin qiymətinin stabilləşməsinə mühüm dəstək verir”.
OPEC+ razılaşmasına toxunan nazir deyib ki, Azərbaycan bu prosesə erkən qoşulub və götürdüyü öhdəlikləri daim yerinə yetirib. Beləliklə, dünya bazarında qiymətlərin sabitləşməsində rol oynayıb.
P.Şahbazov qeyd edib ki, gözlənilən dəyişikliklərə, bazardakı satışlara baxmayaraq, neftə olan tələbatda dəyişikliklər bu əməkdaşlığı mühüm səviyyəyə çatdırıb:
“OPEC+ formatındakı əməkdaşlıq yeni vəziyyətin tənzimlənməsi üçün də əhəmiyyətlidir. Başqa bir mühüm məsələ, bazara təsir edən rəqabətədavamlı mühit, yeni texnologiyalar, enerji hasilatı və istehlakındakı təsirdir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub