Ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz 2” layihəsi üzrə aprelin sonuna 17,7 milyard dollar xərclənib.
Mynews.az xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi QSC-nin baş direktoru Əfqan İsayev bildirib.
Onun sözlərinə görə, hesabat dövründə tərəfdaşlarla birgə Cənub Qaz Dəhlizi layihəsinə 30 milyard ABŞ dollarından çox vəsait sərf olunub.
Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərin 4,2 milyard dollar olduğunu deyən Ə.İsayev qeyd edib ki, layihənin ümumi dəyəri 4,5 milyard dollardır.
O bildirib ki, Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə xərclərin həcmi aprelin sonuna 5,4 milyard dollar, Trans-Adriatik Boru Kəməri (TAP) üzrə isə 2,9 milyard avro olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub