Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda hasilatın ümumi həcmindən 258 milyon ton neft Azərbaycanın mənfəət neftinin payına düşür.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 25-ci "Xəzər Neft və Qaz" konfransında çıxışı zamanı deyib.
X.Yusifzadə qeyd edib ki, AÇG üzrə yeni sazişin imzalanması ilə Azərbaycanın mənfəət neftinin payı artmaqda davam edəcək.
Onun sözlərinə görə, 1997-ci ilin noyabrından 2017-ci il mayın 1-dək AÇG-dən 455 milyon ton neft və 144,5 milyard kubmetr səmt qazı hasil olunub.
SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, hasil edilən neftin ümumi həcmindən 60 faiz Azərbaycanın mənfəət neftinin payına düşür.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub