“Ümid-Babək” blokunun işlənməyə verildiyi 2012-ci ildən bu günə qədər iki milyard kubmetrdən çox qaz hasil edilib.
Mynews.az xəbər verir ki, bunu “Nobel Upsream” şirkətinin maliyyə direktoru Hüseyn Qasımov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Ümid” və “Babək” blokunun işlənməsinin birinci mərhələsində illik hasilat 3-4 milyard kubmetr təşkil etməsi nəzərdə tutulub:
“İlkin mərhələdə hasil olunan qazın bütün həcmləri daxili bazara veriləcək. Hazırda danışıqlar aparılır. Blokun işlənilməsi ilə bağlı dəqiq tarix məlum deyil”.
O bildib ki, blokun işlənməsinin növbəti mərhələlərində hasil edilən qaz Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına nəql edilə bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub