Azərbaycana Çindən gətirilən malların karqo qiymətinin qalxması barədə mətbuatda məlumatlar yayılıb.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, sahibkarlar əvvəllər bunun üçün karqo şirkətinə 350 dollar pul ödəyirdisə, indi bunun üçün onlardan 518 dollar pul tələb edilir. Onlar qiymətin qalxmasına Dövlət Gömrük Komitəsinin səbəb olduğunu qeyd edirlər.
Sayt məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovdan münasibət öyrənib. O bildirib ki, karqo şirkətlərinin Dövlət Gömrük Komitəsinə aidiyyatı yoxdur: "Onlar özəl şirkətlərdir. Əgər onlar belə addım atıblarsa, bu onların öz işidir. Səbəbini daşıma şirkətlərindən soruşmaq lazımdır. Dövlət Gömrük Komitəsində isə gömrük rüsumlarının qiymətində heç bir dəyişiklik olmayıb. Rüsumlar əvvəlki kimidir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub