Mynews.az xəbər verir ki, bu barədə Trend-ə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.
O qeyd edib ki, cari il aprelin 12-də Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində İranın Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib. Bu çərçivədə, "Azərenerji" ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti "TAVANIR" arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev və "TAVANIR" şirkətinin idarə heyətinin sədri Araş Kordi imzalayıb.
Müqaviləyə əsasən, iyunun 1-dən etibarən "Azərenerji" ASC tərəfindən təcrid olunmuş ada rejimində pik gücü 80 meqavat olmaqla, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Çünki müqavilədə 180 meqavat generasiya gücünün ixracı barədə razılığa gəlinib.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub