2018-ci il iyunun 30-dan etibarən "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Özbəkistanın paytaxtı Daşkəndə birbaşa reys açır.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, uçuşlar həftədə bir dəfə (şənbə günləri), avqustun 1-dən isə həftədə iki dəfə (çərşənbə və şənbə günləri) yerinə yetiriləcək.
Özbəkistanın paytaxtı zümrüd rəngli parklar, bağlar, bağçalar, büllur fəvvarələrdən ibarət nəhəng meqapolisdir.
Daşkənd dünyanın bir çox paytaxtlarına xas olan müasir zərifliyi təcəssüm etdirməklə yanaşı, şərq şəhəri kimi təkrarolunmaz koloritə malikdir. Burada sanki qədim şərq nağıllarından peyda olan orta əsrlərə aid tikililər və zərif Avropa memarlığı çox gözəl uzlaşır.
Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)
E-mail: [email protected]
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub