Xəbər verdiyimiz kimi, Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin əməkdaşları Rusiya-Azərbaycan sərhədinin "Yaraq-Qazmalar” keçid məntəqəsindən saxta sənədlərlə keçirilməsi planlaşdırılan külli miqdarda tərəvəz aşkar ediblər.
Belə ki, Azərbaycandan Rusiyaya keçirilməsi planlaşdırılan 21 ton soğanın fitosanitar sertifikatı etibarsız olub. Kənd təsərrüfatı mallarının Azərbaycan Respublikasına geri qaytarılması qərarı verilib.
Sözügedən məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev unikal.org-a açıqlama verib.
Bildirib ki, 21 ton soğan məhsulunun fitosanitar sertifikatında istehsal yeri ilə bağlı məlumatlar tam əks olunmadığı iddia edilərək, sərhəd-keçid məntəqəsində saxlanılıb: "İstehsal yeri ilə bağlı məlumatlar Rusiya tərəfinə təqdim edildikdən sonra yük sərhəddi keçib".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub