Neftçala sənaye məhəlləsindəki Azərbaycan-İran birgə zavodunda istehsal olunan “Khazar” avtomobillərinin alışı üçün artıq 40 sifariş daxil olub.
Mynews.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətinin İdarə heyətinin sədri Emin Axundov deyib.
O bildirib ki, ilk sifarişçilər dövlət strukturları – İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri olub. Bu günədək zavodda 100-ə yaxın avtomobil istehsal olunub.
E.Axundovun sözlərinə görə, avtomobillərin satışı gələn həftənin əvvəlində başlayacaq. İlk mərhələdə “Khazar SD” və “Khazar LD” modelləri satışa çıxarılacaq. Satışlar Bakıda 3 satış mərkəzində həyata keçiriləcək.
“Khazar SD”-nin satış qiyməti 16 min manat, “Khazar LD”-nin satış qiyməti 18 min manat təşkil edəcək.
O əlavə edib ki, avtomobilləri 20 faiz ilkin ödənişlə lizinqə və ya 50 faiz ilkin ödənişlə kreditə almaq olar. Aylıq ödəmə 18 faiz təşkil edəcək.
Zavodda istehsal olunan bütün avtomobillər Avro-5 standartına cavab verir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub