Azərbaycan rəqabətə girmədən müstəqil beynəlxalq oyunçu statusunu möhkəmləndirir.
Mynews.az-ın məlumatına görə, bu sözləri Oxu.Az-a açıqlamasında “Tsarqrad” telekanalının siyasi icmalçısı, siyasi elmlər namizədi Kamran Həsənov deyib.
“Yaxın zamanlarda Azərbaycan qazı Türkiyəyə ixrac olunacaq, Bolqarıstanın qoşulmaq niyyətində olduğu Yunanıstandan İtaliyaya gedəcək qaz kəməri 2020-ci ildə istifadəyə veriləcək. TAP İtaliyanın sərfiyyatının 17 faizini təmin edəcək”, - o bildirib.
Analitikin fikrincə, Cənub Qaz Dəhlizinin gücü illik 16 milyard kub metr qiymətləndirilir, bunun 6 milyardı Türkiyəyə, 10 milyardı isə Avropaya ixrac olunacaq.
TANAP-ın “Qazprom” üçün təhlükə yaratmasına məsələsinə toxunan Həsənovun sözlərinə görə, müqayisəli statistika göstərir ki, TANAP Avropa bazarında “Qazprom”un rəqibi deyil. Üstəlik, Rusiya özü də Çinin hesabına qaz nəqlini şaxələndirir.
Qeyd edək ki, bu gün Türkiyənin Əskişəhər şəhərində Azərbaycan qazını Türkiyəyə, oradan isə Avropaya aparacaq TANAP qaz boru kəmərinin açılış mərasimi keçiriləcək.
Açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, digər ölkələrin dövlət və hökumət rəhbərləri, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri iştirak edəcəklər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub