Kənd Təsərrüfatı Nazirliyində aparılan struktur dəyişikliyi nəticəsində fermerlərlə daha da yaxın təmasın qurulması, onların problemlərini və çağırışlarını qarşılamaq üçün yeni Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi yaradılıb.
Femida.az Oxu.az-a istinadən xəbər verir ki, nazir İnam Kərimovun əmri ilə İsmayılov Araz Aqşin oğlu yeni yaradılmış şöbəyə rəhbər təyin edilib.
Qeyd edək ki, A.İsmayılov bundan əvvəl 3 saylı Bakı "ASAN xidmət” mərkəzində məsləhətçi (2014-2016), daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "ABAD” publik hüquqi şəxsdə Layihələrin idarə edilməsi, logistika və keyfiyyətə nəzarət departamentinin rəhbəri vəzifəsində çalışıb.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub