Azərbaycanda 2018-ci il dövlət büdcəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği artırılır.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsində ümumilikdə müdafiə xərcləri üçün vəsait 2.739 milyard manatdan 2.905 milyard manata qədər artırılıb.
Bu məbləğdən müdafiə qüvvələri üçün nəzərdə tutulan vəsait 1.366 milyard manatdan 1.384 milyard manata, milli təhlükəsizlik üçün 111.658 milyon manatdan 130.358 milyon manata qaldırılıb. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 2.663 milyon manat olaraq qalıb, digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək vəsait isə 1.258 milyard manatdan 1.388 milyard manata qaldırılıb.
Dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin iyunun 28-29-da keçirilməsi nəzərdə tutulan növbədənkənar iclaslarında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, ümumilikdə 2018-ci il dövlət büdcəsində bütün istiqamətlər üzrə xərclər artırılır. Bu artım dünya bazarında neftin qiymətinin artması ilə əlaqədardır. Belə ki, 2018-ci il dövlət büdcəsində neftin bir barelinin baza qiyməti 45 dollar müəyyən olunmuşdu, lakin dünya bazarında neftin qiymətinin artması ilə əlaqədər dövlət büdcəsində neftin bir barelinin baza qiyməti 55 dollar olaraq müəyyənləşdirilir.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub