İranın neft naziri Bijan Zanqane OPEC+ təşkilatının neft hasilatını azaltmaq barəsində müqaviləsinin yumşaldılması kontekstində neft hasilatının cüzi artımı qərarını da dətəkləməyəcək.
Mynews.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, İranın qərarı dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suala Zanqane belə cavab verib:
“Mən hasilatın artırılmasını dəstəkləmirəm. Çünki inanıram ki, neftin qiymətinin yüksək olması Trampa görədir”.
OPEC və təşkilata daxil olmayan bəzi ölkələr (OPEC+) 2016-cı ilin sonunda Vyanada neft hasilatının azaldılması ilə bağlı razılığa gəliblər. Razılaşma 2017-ci ilin əvvəlində qüvvəyə minib və müddəti iki dəfə uzadılıb.
İyunun 21-də Vyanada OPEC+ ölkələrinin nazirlərinin monitorinq komitəsinin, iyunun 22-də OPEC ölkələrinin, iyunun 23-də isə OPEC+ razılaşmasının bütün üzvlərinin iclasları keçiriləcək.
İclaslar zamanı OPEC+ ölkələrinin neft hasilatının azaldılması ilə bağlı sazişinin yumşaldılması müzakirə ediləcək.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub