“Günaybank”ın sabiq sədr müavini Emin Zeynalov haqqında yayılan əsassız xəbərlərlə bağlı hüquq-muhafizə orqanına müraciət edib.
Mynews.az xəbər verir ki, bu barədə FED.az-a E.Zeynalovun özü bildirib.
O qeyd edib ki, haqqında yayılan əsassız xəbərlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkillik Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət edib.
Xatırladaq ki, ötən gün mətbuatda E.Zeynalovun çalışdığı bankdan 100 milyon manat götürərək xaricə qaçması barədə məlumat yayılmışdı. Amma “Günaybank” və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu məlumatı təkzib etmişdilər.
E.Zeynalov bildirib ki, haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil və heç bir əsası yoxdur:
“Mən Bakıda olmuşam, heç bir xarici ölkəyə getməmişəm, indi də Bakıdayam. Sadəcə, bankdan kənarda biznes partnyorlarım arasında borc problemi olub”.
Qeyd edək ki, o, “Baku Languages and Business School” adlı kursun icraçı direktorudur. Onun bankdakı vəzifəsindən cari ilin iyun ayının 5-də azad edildiyi bildirilir.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub