Bu ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 7 294 ədəd avtomobil idxal olunub.
Mynews.az gömrük statistikasına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil idxalı 2,97 dəfə artıb.
Qeyd edək ki, hesabat dövründə təkcə Gürcüstandan Azərbaycana 2 786 ədəd avtomobil idxal edilib.
Bu ölkədən idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə beş dəfə çox olub.
Nəzərə çatdıraq ki, avtomobil idxalının artımı bazarda qiymətlərin azalmasını deyil, əksinə, yüksəlməsini şərtləndirib.
Ekspert araşdırmalarına görə, ay ərzində bazar üzrə orta qiymət 22,728 manat olub. Orta qiymətlər ilin əvvəli ilə müqayisədə 2.5 faiz artıb.
Məlum olur ki, benzinlə hərəkət edən avtomobillərin orta qiyməti 22,263 manat, dizellə hərəkət edən avtomobillərin orta qiyməti 26,617 manat olub. Qiymət artımı, əsasən, benzin mühərrikli avtomobillərdə olub və 4.3 faiz təşkil edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub